Ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik Azərbaycan və BƏƏ vətəndaşları vizasız qarşılıqlı səfərlər edə biləcəklər.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilmiş qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, əgər vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
Vizasız rejimin müddəti 90 gün təşkil edəcək.
Vizasız rejimin tətbiqində məqsəd Azərbaycan və BƏƏ vətəndaşlarının qarşılıqlı səfərlərinin sayının artırılmasıdır.*
Xəbərlər şöbəsi