Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Əliyev Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Xəbər verildiyi kimi, Azərbaycan lideri mayın 14-də səhər saatlarında Ş.Mişellə görüşəcək, günorta saatlarında isə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.*
R.Əhmədov