“Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalının 300 min manatdan 10 manata qədər azaldıldığını elan edib.
BOKT nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamayıb.
Bununla da “Marja İnvest” BOKT bazarında fəaliyyət göstərmək üçün Mərkəzi Bankdan (AMB) lisenziya almaqdan imtina edib, belə ki, AMB-nin müəyyən etdiyi minimum kapital tələbi 300 min manat təşkil edir.
“Marja İnvest” BOKT 2022-ci il avqustun 19-da vergi orqanlarında qeydiyyata alınıb.*
R.Əhmədov