Azərbaycanda koronavirus infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 648-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 19 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 268 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 279 nəfər (sutka ərzində +28) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 101 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1339 (ötən gün 851 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 603 min 622 test aparılıb.*
R.Əhmədov