Rusiya iki il əvvəl Moskva, İrəvan və Bakı tərəfindən imzalanmış üçtərəfli sənədlərin yerinə yetirilməsinin tərəfdarıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bu mövqedən çıxış edirik ki, həmin sənədlər hələ də nizamlanma üçün alternativsiz əsasdır. Nizamlanmaya nail olmaq üçün biz məhz bu razılaşmaları yerinə yetirmək yolu ilə getməliyik”, - deyə o, “Rossiya-1” telekanalında “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində həssas məqamlar var. “Bu, dərin tarixi kökləri olan xüsusi əlaqələrdir. Əminik ki, onların parlaq gələcəyi var. Əlbəttə, müəyyən həssas məqamlar var”, - deyə mətbuat katibi vurğulayıb.*