Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb, səslərin hesablanmasına başlanılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Seçki məntəqələri Türkiyə vaxtı ilə saat 17:00-da bağlanıb.
“Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlar saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00-da) açıqlanacaq.*