Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başa çatıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Xəbər verildiyi kimi, tərəflər bu gün sülh müqaviləsi layihəsini, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini müzakirə etməyi planlaşdırmışdı.*
A.Əzizov