İyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüssel formatında növbəti görüş keçiriləcək. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bu gün Brüsseldə Əliyev və Paşinyanla üçtərəfli görüşdən sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri, həmçinin 1991-ci il Almatı Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər. “Liderlər Ermənistanın (29,8 min km2) və Azərbaycanın (86,6 min km2) ərazi bütövlüyünə hörmət etdiklərini təsdiq ediblər”, - deyə Mişel qeyd edib.
Aİ Şurasının Prezidenti əlavə edib ki, tərəflər sərhədlərin delimitasiyası çərçivəsində görüşləri davam etdirəcək.*
R.Əhmədov