Naxçıvanla dəmir yolu əlaqələrinin bərpası məsələsi ilə bağlı Azərbaycan və Ermənistanın mövqeləri yaxınlaşıb. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.
“Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı”, - deyə o bildirib.
Ş.Mişelin sözlərinə görə, işçi qruplarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.*
R.Əhmədov