Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan iyunda Kişineuda görüşəcəklər, daha bir görüş isə oktyabrda Qranadada keçirilə bilər. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Əliyev və Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.
“Biz (Əliyev, Paşinyan və Mişel – İF) yaxın gələcəkdə Fransa prezidenti Makron və Almaniya kansleri Şolts ilə Kişineuda (iyunun 1-də - İF) Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm”, - deyə Mişel bildirib.*
R.Əhmədov