Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının daxil olduğu “Cümhur İttifaqı” parlament seçkilərində səsvermə bülletenlərinin təxminən 58%-nin sayılmasından sonra 52%-ə yaxın səs toplayıb. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
6 partiyanı birləşdirən “Millət İttifaqı” təxminən 33%, “Əmək və Azadlıq İttifaqı” isə 8,96% səs toplayıb.*