Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək mayın 14-də keçirilən prezident və parlament seçkilərinin nəticələri ilə əlaqədar təbrik edib. Bu barədə Azərbaycanın dövlət başçsının mətbuat xidmətindən məlumat vetilir.
“Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib”, - məlumatda deyilir.
Telefon danışığı zamanı Əliyev qeyd edib ki, Ərdoğanın rəhbərliyi altında “Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib”.
Öz növbəsində, Ərdoğan göstərilən diqqətə və təbrikə görə Əliyevə minnətdarlığını bildirib.
“Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər”, - Azərbaycan prezidentinin mətbuat xidmıtindən bildirlir.
Seçki məntəqlərindən daxil olan məlumatlara əsasən, Ərdoğan 50%-dən bir qədər az, Kılıcdaroğlu – 45%-ə yaxın səs toplayır. **
R.Kərimov