Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar podratçılar seçir.
Seçim açiq tender üsulu ilə 3 lot üzrə keçirilir:
Söhbət 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi (lotda iştirak haqqı – 1,2 min manat), 16,17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi (lotda iştirak haqqı – 1,2 min manat), 20,21,22,23,24,25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisindən (lotda iştirak haqqı – 1,8 min manat) gedir.
Əlaqələndiricişəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili: 239, email: vugar.aliyev@mida.gov.az
Podratçı son 3 il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 min m2 mənzil təhvil vermis olmaldır; tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
İddiaçılar öz tender təkliflərini 6 iyul 2023-cü il saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi zərfləri 7 iyul 2023-cü il saat 15:00-da açılacaq. **
B.Rüstəmbəyov