2023-cü ilin birinci rübündə sənaye parkları və sənaye zonalarının rezidentəri tərəfindən 768 milyon manat məbləğində məhsul realizə olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Cari ilin I rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 13% çoxdur”, - Cabbarov Facebook səhifəsində yazıb.
Həmçinin, nazir qeyd edib ki, sənaye zonalarında indiyədək ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib, bunun 3,1 milyard manatlıq hissəsi ixrac olunub.
Məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilib.
Azərbaycanda 128 müəssisə sənaye parkları və sənaye məhəllələrinin rezidentləridir. Onlardan 66 şirkət fəaliyyət göstərir, 62-si - istehsala başlamağa hazırlaşır. **
B.Rüstəmbəyov