İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-aprel aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% və ya 176,1 milyon manat artıb. Həmçinin özəl sektordan daxilolmalar 1 milyard 37,7 milyon manat (artım +13,8%) təşkil edib.
İşsizlikdən icbari sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,1% artaraq 56,7 milyon manat, həmçinin özəl sektordan daxilolamalr – 41,8 milyon manat (+15,8%) olub.
Yanvar-apreldə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,6% artaraq 291,5 milyon manat, həmçinin özəl sektordan daxilolmalar – 204,3 milyon manat (+21,1%) təşkil edib.**
B.Rüstəmbəyov