1 may 2023-cü il tarixinə olan vəziyyətə görə Azərbaycanda vergi ödəyiciləri tərəfindən 87,39 min ədəd (martda 943 ədəd, apreldə 1064 ədəd) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2023-cü ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 6,7 milyard manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,1% çoxdur”, - Xidmətdən bildirilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 26,6%) təşkil edib. **
B.Rüstəmbəyov