2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan qazının İtaliyaya tədarükü 3 milyard kubmetri ötüb.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
O qeyd edib ki, nəql TAP qaz kəməri ilə həyata keçirilib.
“İnterfaks-Azərbaycan” öncə xəbər verib ki, İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazilriyinin məlumatına görə, 2022-ci ildə TAP ilə İtaliyaya qaz nəqli 10 milyard 325 milyon kubmetr (2021-ci ilin göstəricisindən +43,1%) təşkil edib. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard kubmetr avro dəyərində təbii qaz idxal edib (artım 3,9 dəfə). **
R.Əhmədov