Bazar ertəsi Bakıda keçirilən iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının yekunları üzrə Azərbaycanla Belarus arasında qarşılıqlı fəaliyyətin inkişafına dair bir sıra sənədlər imzalanıb.
“İnterfaks-Azərbaycan” Belarus mətbuatına istinadən məlumat verir ki, əksər imzalanmış sənədlər sənaye sahəsində əməkdaşlığa aiddir.
Xüsusilə, “Moqilevliftmaş” ASC ilə “Ulu Göyçə” MMM (Bakı) arasında 2023-2024-cü illər üçün lift avadanlığı sahəsində Azərbaycanda yığma müəssisəsinin yaradılması üzrə “yol xəritəsi” imzalanıb.
Bundan başqa, “MAZ” ASC ilə “TURAN” (Bakı) arasında MAZ məhsullarının Azərbaycan bazarında satışı və onun servis xidmətinin göstərilməsini nəzərdə tutan diler sazişi bağlanıb.
Daha bir sənəd, “V.İ.Kozlov adına MinskElektrotexnikaZavodu” ASC (Minsk) ilə “AZMETZLLC” MMC (Bakı) arasında elektrotexniki məhsulların tədarükünə dair müqavilə imzalanıb. **
R.Əhmədov