Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8499 manat/1EUR səviyyəsində (mayın 15-nə 1.8466 manat/1EUR) müəyyən edilib.
AMB mayın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0213 manat/1RUB səviyyəsində (mayın 15-nə 0.0217 manat/1RUB) müəyyən edib.
Mayın 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0864 manat/1TRY səviyyəsində (mayın 15-nə 0.0866 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə