İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə S.Məmmədov qeyd edib ki, Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.
O, xorvat iş adamlarını Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Öz növbəsində, D.Vidoviç Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.*
R.Əhmədov