“Azərişıq” ASC “6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylanması üçün müxtəlif qurğu və avadanlıqların satın alınmasına 3,8 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “GBS” MMC ilə 3,821 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə üzrə işlər 12 iyul 2023-cü il tarixinədək yerinə yetirilməlidir.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
R.Kərimov