“Mak Yatirim” şirkəti nizamnamə kapitalının azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin elanına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 2 milyon 113,28 min manatdan 490 min manata qədər, yəni 4,3 dəfə azaldılıb.
Şirkət kapitalın azaldılmasının səbəblərini açıqlamır.
“Mak Yatirim” MMC 1998-ci ilin fevral ayında Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Murat Ahmet Kumbasardır.*
X.Nəsirzadə