İlkin rəqəmlərə əsasən 2023-cü ilin I rübündə Azərbaycana daxil olan pul baratlarının həcmi $442,1 milyon olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2023-cü ilin yanvar-mart aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,2% artaraq $442,1 milyon təşkil edib”, - deyə məlumatda bildirilir.
2022-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $3,6 milyard təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.*
A.Əzizov