Azərbaycanda koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 678-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 268 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 324 nəfər (sutka ərzində +24) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 86 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,396 min (ötən gün 502 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 606 min 257 test aparılıb.*
X.Nəsirzadə