Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Sənəd Özbəkistanın Səmərqənd şəhərində keçirilən AYİB-in Rəhbərlər Şurasının 32-ci İllik Toplantısında Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya çərçivəsində imzalanıb.*
B.Rüstəmbəyov