Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin birinci rübündə Azərbaycandan 2,243 milyon ton təbii qaz idxal ediblər, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 13,9% çoxdur.
“Avrostat”dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Azərbaycandan Aİ ölkələrinə ixrac olunan qazın dəyəri 2 milyard 214,249 milyon avro (Azalma 13,2%) təşkil edib.
Eyni zamanda, 2023-cü ilin mart ayında Aİ ölkələri Azərbaycandan 595,988 milyon avro dəyərində 804,987 min ton təbii qaz idxal ediblər.
Xəbər verildiyi kimi, “Avrostat”ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. **
R.Kərimov