ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqazda regional turizm proqramının reallaşdırılmasına təxminən $7,3 milyon ayırır.
“İnterfaks-Azərbaycan” USAID-a istinadən məlumat verir ki, söhbət Azərbaycan, Gürcüstan və Ermənistan arasında möhkəm əməkdaşlığa imkan yaradacağı ehtimal olunan turzim sahəsində ümumi iqtisadi maraqlardan gedir.
“USAİD"ın “Cənubi Qafqaz” regional turizm proqramının məqsədi turizm sektorunda bazar hərəkətvericiləri qüvvələr və ümumi iqtisadi maraqlar əsasında Azərbaycan, Gürcüstan və Ermənistan arasında möhkəm regional əməkdaşlıq qurmaq və bununla da Cənubi Qafqazda birlik və sülhə töhfə verməkdir”,- agentlikdən qeyd ediblər. **
R.Əhmədov