Azərbaycan Daxili İşlər NazirliyiBaşNarkotiklərləMübarizəİdarəsi ilə Belarus Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərləri arasında Bakıda Azərbaycan ilə Belarusun narkotrafikə qarşı mübarizədə qarşılıqlı fəaliyyəti müzakirə olunub.
"Azərbaycan ilə Belarus arasında ölkələrində narkotiklərin dövriyyəsi ilə bağlı vəziyyət müzakirə edilib, o cümlədən internet vasitəsi ilə narkotik vasitələrin yayılmasına qarşı mübarizə sahəsində müsbət təcrübə mübadiləsi aparılıb. Tərəflər Əfqanıstan istehsalı olan narkotiklərin Avropa ölkələri istiqamətində tranzit marşrutlarında beynəlxalq narkotikə qarşı mübarizədə qarşılıqlı əlaqənin gücləndirilməsini müzakirə ediblər", - Belarus Daxili Işlər Nazirliyi məlumat verir.
Belarus nümayəndə heyətinə rəhbərlik edən DİN Narkotiklərlə Mübarizə və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi milis polkivniki Oleq Silvestroviç Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi ilə görüşüb.
“Həmkarlar insan alveri sahəsində cinayətlərin qarşısının alınması və açılmasında, cinsi zorakılıq qurbanlarının aşkarlanması, onların hüquqlarının qorunması və sosial reabilitasiyasında əməkdaşlığa dair razılığa gəliblər", - nazirlikdən məlumat verilir. **
R.Kərimov