Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıyır, öz növbəsində Azərbaycan bəyan edib ki, Ermənistanın 29,8 kvadrat kilometrlik ərazi bütövlüyünü tanıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Reykyavik şəhərində Avropa Şurasının sammitində çıxışı zamanı bəyan edib.
Ermənistan KİV baş nazirin sözlərindən sitat gətirərək qeyd edib ki, 6 oktyabr 2022-ci ildə Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılıq əldə olunub, buna əsasən, tərəflər öz münasibətlərini 1991-ci il Alma-Atı Bəyannaməsinə əsasən tənzimləyir. Həmin Bəyyannaməyə görə, Ermənistan SSR-in və Azərbaycan SSR-in inzibati sərhələri dövlət sərhədləri olur.
Paşinyan əlavə edib ki, üç gün əvvəl Brüsseldə (mayın 14-də - İF) daha çox irəliləyiş əldə olunub və qeyd edilib ki, Ermənistan Azərbaycanın 86 600 kvadrat kilometr ərazisinin bütövlüyünü, öz növbəsində, Azərbaycan isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıyır. **
İnformasiya şöbəsi