Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
"Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bunu qəti surətdə təkzib edirik", - nazirliyin məlumatında deyilir.
Nazirliyindən bildirilib ki, gündüz saatlarından həmin ərazidə qatı duman müşahidə olunur. “Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür", MN-dən bəyan ediblər. **
R.Kərimov