Azərbaycan İrəvanla danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə etmədiyinə baxamayaraq, Ermənistanla danışıqlar prosesini irəli çəkmək niyyətindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
Bayramov çərşənbə günü İslandiyanın Reykyavik şəhərində keçirilən Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə bu bəyanatla çıxış edib.
“Danışıqlar prosesi çərçivəsində (İrəvanla - İF) əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycan prosesin irəlilədilməsində qərarlıdır, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözləyir”, - Azərbaycan XİN Bayramovun çıxışından sitat gətirir.
Nazir qeyd edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər həyata keçirmək niyyətindədir.
Bayramov bəyan edib ki, Azərbaycan Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirir. **
İnformasiya şöbəsi