2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti operativ məlumatlara əsasən, 3 milyard 235,2 milyon manat və ya ÜDM-in 8,09%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, dövlət büdcəsinin gəlirləri 12 milyard 165 milyon manat (2022-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə artım 13,8%), xərcləri - 8 milyard 929,8 milyon manat (artım 9,3%) təşkil edib.
Yanvar-aprel aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 39 milyard 986,5 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri 33 milyard 353,278 milyon manat, kəsiri isə 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov