Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Moldovanın baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba Səmərqənd şəhərində görüş əsnasında iqtisadi münasibətlərin inkişafı məsələləri və Bakı ilə Kişinev arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri məsələləri müzakirə olunub”, - nazirliyin məlumatında deyilir.
Söhbət zamanı “qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var”.
GörüşAvropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən32-ci İllik Toplantısı çərçivəsində baş tutub. **
İnformasiya şöbəsi