Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində döyüş PUA-ların təbiqi barədə məlumat verib.
“Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində (Azərbaycan-Ermənistan sərhədində - İF-Az) yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib”, - nazirliyin məlumatında deyilir.
Bildirilir ki, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
“Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür”, - nazirlikdən vurğulanıb və bəyan olunub ki, “bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. **
R.Kərimov