2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 9 milyon 235 min 906,05 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $5 milyard 715 milyon 409,95 min dəyərində (azalma 12,7%) neft ixrac edilib.
2023-cü ilin yanvar-aprel aylarında ixracın ümumi strukturunda neftin payı 45,42% (2022-ci ilin müvafiq dövründə 55,35% - İF) təşkil edib.
Hesabat dövründə 18 ölkə Azərbaycan neftinin alıcısı olub (apreldə Xorvatiya və Tayland Azərbaycan neftinin alıcısı olublar - İF). DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2023-cü ilin yanvar-aprel aylarında neft ixracının 36,4%-i bu ölkənin payına düşüb.
Azərbaycan neftinin alıcıları arasında ikinci yerdə Hindistan, üçüncü yerdə isə İspaniyadır.
2023-cü ilin yanvar-aprel aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min ABŞ dolları |
İtaliya |
3362 269.76 |
2108 111.51 |
Hindistan |
922967.24 |
543 045.66 |
İspaniya |
826 905.05 |
526 641.07 |
İsrail |
801 049.36 |
500 939.49 |
Türkiyə |
589 713.76 |
349 379.28 |
Çexiya |
517 961.77 |
323 390.85 |
Almaniya |
481 704.11 |
301 359.56 |
Yunanıstan |
299 869.30 |
190 160.53 |
Avstriya |
266 568.71 |
152 155.74 |
İrlandiya |
263 097.76 |
149 743.61 |
Rumıniya |
176 403.69 |
112 481.23 |
Sinqapur |
138 338.45 |
87 786.4 |
Vyetnam |
138 516.86 |
85 115.06 |
İndoneziya |
128 188.47 |
85 009.7 |
Fransa |
108 829.65 |
66 307.7 |
Portuqaliya |
92 952.72 |
62 898.43 |
Xorvatiya |
90296.70 |
55345.15 |
Tayand |
30 272.69 |
15538.98 |
Cəmi |
9235906.05 |
5 715 409.95
|
A.Əzizov **