2023-cü ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1 milyard 187,218 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, qeyri-neft ixracının əksər həcmi Türkiyənin paylna düşüb. Belə ki, yanvar-aprel aylarında Türkiyəyə hesabat dövrü ərzində Azərbaycanım bütün qeyri-neft icracının 34,15%-i və ya $405,445 milyon (+21,5%) dəyərində məhsul ixrac olunub.
Qeyri-neft ixracının həcminə görə ikinci yerdə Rusiyadır - $285,22 milyon (аrtım 48,8%), xüsusi çəki - 24,02% təşkil edir.
Üçlüyə $142,564 milyon (artım 2,3 dəfə) həmc, xüsusi çəki – 12,01% olmaqla Gürcüstan daxildir.
Azərbaycanın qeyri-neft məhsulları ixcar etdiyi TOP-12 ölkələrin sırasına daxildir: İsveçrə – $49,171 milyon (аzalma 3,6%), Qazaxıstan - $34,451 milyon (artım 2,6 dəfə), Türkmənistan - $27,481 milyon, Ukrayna - $27,277 milyon, İtaliya - $19,46 milyon, Belçika - $18,156 milyon, Özbəkistan - $15,418 milyon, Rumıniya - $15,253 milyon və Almaniya - $13,348 milyon.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon (2021-ci ilin göstəricisindən 12,3% çоx) təşkil edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov