Mayın 19-da Kazanda “Rusiya – Azərbaycan: müasir şəraitdə iqtisadi əməkdaşlığın inkişafı perpektivləri” mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib.
Tədbir“Rusiya - İslam Dünyası: KazanForum 2023” XIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutacaq.
Tədbir zamanı aşağıdakı mövzular müzakirə ediləcək: sənaye-logistika kooperasiyasının inkişafı; effektiv logistika vasitəsi kimi «Aqroekspress» layihəsinin perspektivləri; ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı; Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalar. **
R.Kərimov