Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib ki, mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüş planlaşdırılır.
"Rusiya tərəfindən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə yüksək səviyyəli üçtərəfli görüş keçirmək təklifi almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinevdə Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.
"Belə beştərəfli görüş oktyabrda Qranadada planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyul ayında (Azərbaycan, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının prezidentinin - İF) planlaşdırılır", - Paşinyan qeyd edib. **
İnformasiya şöbəsi