2022-ci ildə “PAŞA Bank” Qarabağ iqtisadi rayonunda infrastruktur və sosial layihələrin reallaşdırılmasına 132 milyon manat məbləğində krdeit ayırıb. Bu barədə bankın İdarə Heyətinin sədri və baş direktoru Cavid Quliyev bəyan edib.
“Qarabağın bərpası istiqamətində nailiyyətlər barədə məlumat vermək istərdim. Ötən il “PAŞA Bank” korporativ müştərilərinə 132 milyon manat həcmində kredit ayırıb. Biz, ilk növbədə, Qarabağda rayonunda infrastruktur və sosial layihələri maliyyələşdirmişik”, - Quliyev cümə axşamı 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
O qeyd edib ki, “PAŞA Bank” podratçılara və subpodratçılara maliyyə dəstəyi göstərib. Bunlar həm yerli, həm də xarici müştərilərdir, xüsusilə, tikinti sahəsində təcrübəyə malik olan Türkiyə şirkətləridir.
Bundan əlavə, Quliyev qeyd edib ki, “PAŞA Bank” Qarabağın tarixi və mədəni irsinin bərpasına 7,5 milyon manat ayırıb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və bir fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir. **
X.Nəsirzadə