Azərbaycan prezidenti İlham Əliyeb “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” sazişin təsdiq edilməsi barədəQanun imzalayıb.
Sənəd cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, Fondun nizamnamə kapitalının yuxarı həddi $500 milyon təşkil edəcək. Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% olacaq.
İnvestisiya Fondunun əsas vəzifəsi birgə layihələrin, o cümlədən üçüncü ölkələrdəki layihələrin maliyyələşdirilməsidir.
2023-cü il fevralın 24-də imzalanmış saziş investisiyaların və qarşılıqlı ticarətin artırılmasına yönəldilib.
Fond, həmçinin Azərbaycanla Özbəkistan arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcək.
O cümlədən, Əliyev 23 fevral 2023-cü il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” sazişin təsdiq edilməsi barədə Qanun imzalayıb.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevöncə bəyan edib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq. **
R.Kərimov