Rəsmi Bakı cümə axşamı guya Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə İrəvanın bəyanatını növbəti dezinformasiya adlandırıblar.
“Mayın 18-i guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır. Bunu qəti surətdə təkzib edirik”, - Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir. **
X.Nəsirzadə