SOCAR şirkəti və “Uzbeknefteqaz” SC birgə müəssisəsinin yaradılması, servis müqavilələrinin reallaşdırılması imkanını müzakirə edir.
Bu məsələ Daşkəndddə “Uzbeknefteqaz”ın rəhbərliyi ilə SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında görüş zamanı müzakirə olunub.
“Görüşdə “Upstream» və «Downstream” istiqamətləri üzrə qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafın vacibliyi vurğulanıb. “Buxara NEZ-in modernləşdirilməsi” layihəsində iştiraka, həmçinin həm Özbəkistan, həm də Azərbaycan ərazisində yataqların birgə işlənilməsinə xüsusi maraq ifadə olunub”, - “Uzbeknefteqaz”ın mətbuat xidmətindən məlumat verilir.
Bundan başqa, vurğulanır ki, SOCAR servis müqavilələrində, həmçinin Özbəkistan ərazisində operator qismində iştirak etməyə hazırdır.
“O cümlədən, görüş əsnasında “Uzbeknefteqaz” SC ilə SOCAR arasında “SOCAR Trading” BM-nin yaradılması məsələsi nəzərdən keçirilib. Öz bövbəsində, Özbəkistan tərəfi şirkətlər arasında potensial əməkdaşlığın inkişafına göstərilən marağa görə SOCAR-ın nümayəndələrinə təşəkkür edib, həmçinin bərpa olunan enerji mənbələri üzrə istiqamətlərin inkişafının vacibliyini vurğulayıb. Bununla əlaqədar bu istiqamətin inkişafı üzrə sıx əməkdaşlıq təklif olunub”, - məlumatda deyilir. **
İnformasiya şöbəsi