Azərbaycanda koronavirus infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 706-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 270 nəfər təşkil edir.
Virusa yoluxmuş 821,351 min nəfər (sutka ərzində +16) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 89 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,015 min, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 608,942 min test aparılıb.**
X.Nəsirzadə