ABŞ danışıqların keçirildiyi meydançadan asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir. Bu barədə cümə axşamı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bəyan edib.
“Tərəflər arasında birbaşa danışıqlar, fərqi yoxdur harada keçirilir, Arlinqton, Brüssel və ya Moskvada, prinsipial olaraq vacibdir”, - Patel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşü şərh edərkən deyib. **
R.Əhmədov