Kreml mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsi mümkünlüyünü təsdiqləyib.
“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, - deyə o, jurnalistlərə bildirib.*