Ermənistanın sürətlə silahlanması bölgə üçün yeni təhlükələr yaradır. Prezident İlham Əliyev belə hesab edir.
“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”, - deyə Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.
Dövlət başçısı Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını qeyd edib. “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.*
B.Rüstəmbəyov