Ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik Azərbaycan və BƏƏ vətəndaşları vizasız qarşılıqlı səfərlər edə biləcəklər.
Prezident İlham Əliyev bu gün müvafiq qanun layihəsini təsdiq edib.
Sənədə əsasən, əgər vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
Vizasız rejimin müddəti 90 gün təşkil edəcək.
Vizasız rejimin tətbiqində məqsəd Azərbaycan və BƏƏ vətəndaşlarının qarşılıqlı səfərlərinin sayının artırılmasıdır.*
R.Əhmədov