2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artaraq $500,9 milyon təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi Gürcüstanın Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın dəyəri $238,962 milyon (azalma 13,7%), Gürcüstandan Azərbaycana idxalın dəyəri $261,932 milyon (artım 55,5%) təşkil edib.
Yanvar-aprel aylarında Azərbaycan Gürcüstana əsasən yanacaq-energetika sənayesi məhsulları ($170,148 milyon, artım 0,9%), Gürcüstan isə Azərbaycana avtomobil ($150,158 milyon, artım 2,2 dəfə) tədarük edilib.
İlk 4 ayın yekunları üzrə Azərbaycan Türkiyə ($925,3 milyon) və Rusiyadan ($848,5 milyon) sonra Gürcüstanın üçüncü ticarət tərəfdaşı olub.
Gürcüstanın xarici ticarətində Azərbaycanın payı 7,7% təşkil edib.*
R.Kərimov