Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada keçirilən ikitərəfli görüşün yekunları üzrə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.
Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.*
B.Rüstəmbəyov