Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Vaşinqtonun Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyini təsdiqləyib.
“Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək”,- Baydenin Azərbaycan pezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvünladığı təbrikdə deyilir.
Azərbaycan iderinin saytında dərc olunan məktubda Bayden qeyd edir ki, Bakı ilə Vaşinqton arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.
“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq”, - o qeyd edib.
ABŞ prezidenti həmçinin qarşıdan gələn ildə Azərbaycanla təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığın daha da gücləndirilməsinə ümid edir. **
V.Əliyev